Çempionlar Liqası: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub "Araz-Naxçıvan" komandasının futzal üzrə UEFA Çempionlar Liqasındakı rəqibləri bəlli olub.
Futbol
4 İyul , 2024 16:28
Çempionlar Liqası: Azərbaycan təmsilçisinin rəqibləri bəlli olub

"Araz-Naxçıvan" komandasının futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsindəki rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, Azərbaycan çempionu H qrupunda “Uddevalla” (İsveç), “Sparta” (Belfast, Şimali İrlandiya) və “Sillamae” (Estoniya) klubları ilə qarşılaşacaq.

Bu qrupun oyunları İsveçdə keçiriləcək. Matçlar avqustun 20-25-də baş tutacaq. Qrup qalibləri əsas mərhələdə iştirak hüququ əldə edəcəklər.

Qeyd edək ki, “Araz-Naxçıvan” əsas mərhələyə vəsiqə qazanacağı təqdirdə, B yolunda 5-ci qrupda yer alacaq Bu mərhələnin oyunları oktyabrın 22-27-də Fransada keçiriləcək. Elit-raunda isə turnir cədvəlini birinci pillədə başa vuracaq komanda yüksələcək.

Son xəbərlər

Orphus sistemi