UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk 4 cavab oyunundan həftənin ən yaxşı futbolçusu açıqlanıb.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya "Real Madrid"inin hücumçusu Kərim Benzema layiq görülüb.
35 yaşlı fransalı forvard səsvermədə Almaniya "Bavariya"sından Robert Levandovskini, İngiltərənin "Mançester Siti" klubundan Fernandinyonu və İtaliya "İnter"indən Milan Şkrinyarı geridə qoyub.
Qeyd edək ki, Kərim Benzema "Real Madrid"in evdə Fransa PSJ-sinə 3:1 hesabı ilə qalib gəldiyi matçda het-trik edib. İki oyunun nəticəsinə əsasən, 3:2 hesablı qələbə qazanan "kral klubu" 1/4 finala adlayıb.