Çempionlar Liqası: Bu gün daha 5 oyun keçiriləcək

Çempionlar Liqası: Bu gün daha 5 oyun keçiriləcək Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə yekun vurulacaq.
Futbol
16 Sentyabr , 2020 07:35
Çempionlar Liqası: Bu gün daha 5 oyun keçiriləcək

UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə bu gün 5 qarşılaşma ilə yekun vurulacaq.

"Report"un məlumatına görə, günün ilk matçında "Omoniya" Kiprdə Serbiyanın "Srvena Zvezda" komandasını qəbul edəcək.

Bakı vaxtı ilə eyni saatda - 21:00-da start götürəcək oyunlarda "Qarabağ" Norveç "Molde"si, Macarıstan "Ferentsvaroş"u Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası, İsrailin "Makkabi" (Təl-Əviv) klubu isə Belarus təmsilçisi "Dinamo" (Brest) ilə qarşılaşacaq.

Mərhələnin son matçı isə Danimarkada “Midtüllann” və İsveçrə “Yanq Boyz”u arasında olacaq. 

Qalib komandalar Çempionlar Liqasının pley-offuna yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsində iştiraklarını təmin edə biləcəklər. 

16 sentyabr

UEFA Çempionlar Liqası

III təsnifat mərhələsi

19:00. "Omoniya" (Kipr) - "Srvena Zvezda" (Serbiya)

21:00. "Ferentsvaroş" (Macarıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)

21:00. "Makkabi" (Təl-Əviv, İsrail) - "Dinamo" (Brest, Belarus)

21:00. "Qarabağ" (Azərbaycan) - "Molde" (Norveç)

22:30. “Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə)

Qeyd edək ki, ilk oyun günündə keçirilmiş matçlardan sonra "Dinamo" (Kiyev, Ukrayna), PAOK (Yunanıstan) və "Gent" (Belçika) komandaları Çempionlar Liqasının pley-off mərhələsinə yüksəliblər.

Son xəbərlər

Orphus sistemi