UEFA Çempionlar Liqasında yarımfinal matçlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Report"un məlumatına görə, bu ada Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Serj Qnabri layiq görülüb.
25 yaşlı oyunçu azarkeşlərin səsverməsinə əsasən, komanda yoldaşı Robert Levandovskini və Fransa PSJ-sindən Neymar ilə Anxel Di Marianı üstələyib.
Qeyd edək ki, avqustun 23-də keçiriləcək Çempionlar Liqasının final matçında PSJ və "Bavariya" üz-üzə gələcək.