UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.
"Report"un məlumatına görə, İngiltərənin "Çelsi" və Fransanın PSJ klubları növbəti raunda adlayıblar.
London təmsilçisi 1/4 finalın ilk matçında Portuqaliyada 2:0 hesabı ilə qalib gəldiyi "Portu"ya evdə minimal hesabla uduzub - 0:1. Qonaqların heyətində oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Mehdi Taremi fərqlənib. Məğlubiyyətə baxmayaraq, "zadəganlar" yarımfinala vəsiqə qazanıblar.
PSJ isə doğma meydanda Almaniya "Bavariya"sına 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qolu 40-cı dəqiqədə Erik Şupo-Motinq vurub. Buna baxmayaraq, Münhendəki ilk qarşılaşmada turnirin son qalibini 3:2 hesabı ilə məğlub edən Paris klubu səfərdə daha çox qol vurduğu üçün yarımfinala yüksəlib.
Çempionlar Liqası, 1/4 final mərhələsi
Cavab oyunları
23:00. "Çelsi" (İngiltərə) - "Portu" (Portuqaliya) - 0:1
Qol: Mehdi Taremi, 90+4
İlk oyun - 2:0
23:00. PSJ (Fransa) - "Bavariya" (Almaniya) - 0:1
Qol: Erik Şupo-Motinq, 40
İlk oyun - 3:2
Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün oynanılacaq "Borussiya" Dortmund (Almaniya) - "Mançester Siti" (İngiltərə) və "Liverpul" (İngiltərə) - "Real Madrid" (İspaniya) oyunları ilə yekun vurulacaq.