UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.
"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun potensial cütləri müəyyənləşib.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı II raundda Estoniya "Flora"sını keçsə, növbəti mərhələdə “Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.
Türkiyə "Qalatasaray"ı isə Niderland PSV-sini mübarizədən kənarlaşdıracağı halda, "Seltik" (Şotlandiya) / "Midtüllan" (Danimarka) cütünün qalibi ilə üz-üzə gələcək.
Çempionlar yolu
“Dinamo” (Zaqreb, Xorvatiya) / “Omoniya” (Kipr) cütünün qalibi - “Legiya” (Polşa) / “Flora” (Estoniya) cütünün qalibi
“Linkoln” (Cəbəllütariq) / ÇFR (Rumıniya) cütünün qalibi - “Slovan” (Slovakiya) / “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“Olimpiakos” (Yunanıstan) / “Neftçi” (Azərbaycan) cütünün qalibi - "Mura” (Sloveniya) / “Lüdoqorets” (Bolqarıstan) cütünün qalibi
"Kayrat" (Qazaxıstan) / "Srvena Zvezda" (Serbiya) cütünün qalibi - "Alaşkert" (Ermənistan) / "Şerif" (Moldova) cütünün qalibi
"Malmö" (İsveç) / HİK (Finlandiya) cütünün qalibi - "Reyncers" (Şotlandiya)
"Ferentsvaroş" / "Jalgiris" (Litva) cütünün qalibi - "Slaviya" (Praqa, Çexiya)
Liqa yolu
PSV (Niderland) / "Qalatasaray" (Türkiyə) cütünün qalibi - "Seltik" (Şotlandiya) / "Midtüllan" (Danimarka) cütünün qalibi
"Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya)
"Genk" (Belçika) - "Şaxtyor" (Ukrayna)
"Monako" (Fransa) - "Rapid" (Avstriya) / "Sparta" (Praqa, Çexiya) cütünün qalibi
Qeyd edək ki, III təsnifat mərhələsinin görüşləri 3 - 4 və 10 avqustda oynanılacaq.