Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
"Report"un məlumatına görə, püşkatma nəticəsində "Qarabağ"ın növbəti raunddakı potensial rəqibi də bəlli olacaq.
Ağdam təmsilçisi III təsnifat mərhələsində Norveçin "Molde" klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə, budəfəki püşkdə səpələnməmişlər səbətində yer alacaq.
Bu isə o deməkdir ki, Azərbaycan çempionu növbəti raundda reytinqcə daha güclü komandalardan biri ilə üz-üzə gələcək. Bunlar “Zaltsburq” (Avstriya), “Olimpiakos” (Yunanıstan),
“Slaviya” (Praqa, Çexiya), həmçinin “Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibidir.
1 sentyabr
Püşkatma mərasimi
Çempionlar Liqası, Pley-off mərhələsi
Çempionlar Yolu
Səpələnmişlər
“Zaltsburq” (Avstriya)
“Olimpiakos” (Yunanıstan)
“Ferentsvaroş” (Macarıstan) - “Dinamo” (Zaqreb, Xorvatiya) cütünün qalibi
“Slaviya” (Praqa, Çexiya)
Səpələnməmişlər
“Midtüllann” (Danimarka) - “Yanq Boyz” (İsveçrə) cütünün qalibi
“QARABAĞ” (AZƏRBAYCAN) - “Molde” (Norveç) cütünün qalibi
“Omoniya” (Kipr) - “Srvena Zvezda” (Serbiya) cütünün qalibi
“Makkabi” (Təl-Əviv, İsrail) - “Dinamo” (Brest, Belarus) cütünün qalibi
Liqa Yolu
Səpələnmişlər
PAOK (Yunanıstan) - “Benfika” (Portuqaliya) cütünün qalibi
“Dinamo” (Kiyev, Ukrayna) - AZ (Alkmaar, Niderland) cütünün qalibi
Səpələnməmişlər
“Gent” (Belçika) - “Rapid” (Vyana, Avstriya) cütünün qalibi
“Krasnodar” (Rusiya)
Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 15-i və ya 16-da Bakıda keçiriləcək.
Pley-off mərhələsinin ilk matçları 22 - 23 sentyabr, cavab qarşılaşmaları idə 29 - 30 sentyabr tarixlərində oynanılacaq.