Çempionlar Liqası: Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir

Çempionlar Liqası: Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulacaq.
Futbol
30 Sentyabr , 2020 07:30
Çempionlar Liqası: Qrup mərhələsinin son iştirakçıları müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin son 3 matçı keçiriləcək.

"Report"un məlumatına görə, son oyun günündəki qarşılaşmaların ardından Avropanın ən nüfuzlu klub turnirində qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşəcək.

PAOK Rusiyada 1:2 hesabı ilə uduzduğu "Krasnodar"ı qəbul edəcək.

İlk görüşdə bu hesabla qələbə qazanmış "Zaltsburq" Avstriyada İsrailin "Makkabi" (Təl-Əviv) komandasını sınağa çəkəcək.

"Midtüllann" isə Çexiyada qolsuz heç-heçə etdiyi "Slaviya" ilə Danimarkada üz-üzə gələcək. 

Qalib komandalar yollarına Çempionlar Liqasının, məğlublar isə Avropa Liqasının qrup mərhələsində davam edəcəklər.  

UEFA Çempionlar Liqası, pley-off mərhələsinin cavab oyunları

30 sentyabr

23:00. PAOK (Yunanıstan) - "Krasnodar" (Rusiya)

İlk oyun - 1:2

23:00. "Zaltsburq" (Avstriya) - "Makkabi" (Təl-Əviv, İsrail)

İlk oyun - 2:1

23:00. "Midtüllann" (Danimarka) - "Slaviya" (Praqa, Çexiya)

İlk oyun - 0:0

Qeyd edək ki, ilk oyun günündə Ukraynanın "Dinamo" (Kiyev), Macarıstanın "Ferentsvaroş" və Yunanıstanın "Olimpiakos" komandaları qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb. Belçikanın "Gent", Norveçin "Molde" və Kiprin "Omoniya" klubları isə Avropa Liqasının qrup mərhələsində çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi