Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Futbol
14 Dekabr , 2020 07:30
Çempionlar Liqasında 1/8 finalın püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

"Report"un məlumatına görə, tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Qrup mərhələsindən növbəti mərhələyə vəsiqə qazanan 16 komanda iki səbətə bölünüb. Qrup liderləri səpələnmiş, ikinci yeri tutanlar isə səpələnməmişlər sırasında qərarlaşıb.

1/8 finalda eyni ölkə təmsilçiləri və eyni qrupda yer alan klublar bir-birilərinə rəqib olmayacaq. Qrup qalibləri ilk matçı səfərdə, cavab oyununu isə evdə keçirəcək.

Səpələnmişlər
“Bavariya” (Almaniya)
“Mançester Siti” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Çelsi” (İngiltərə)
“Borussiya” (Dortmund, Almaniya)
“Yuventus” (İtaliya)
PSJ (Fransa)
“Real Madrid ” (İspaniya)

Səpələnməmişlər
“Portu” (Portuqaliya)
“Atalanta” (İtaliya)
“Sevilya” (İspaniya)
“Latsio” (İtaliya)
“Barselona” (İspaniya)
“Leyptsiq” (Almaniya)
“Atletiko” (Madrid, İspaniya)
“Borussiya” (Mönhenqladbax, Almaniya)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları 2021-ci il fevralın 16-17-də və 23-24-də, cavab qarşılaşmaları isə martın 9-10-da və 16-17-də gerçəkləşəcək.

Son xəbərlər

Orphus sistemi