Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq

Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələsinin püşkü atılacaq
Futbol
19 Mart , 2021 07:30
Çempionlar Liqasında cari mövsümün son püşkü atılacaq

Bu gün UEFA Çempionlar Liqasında 1/4 və yarımfinal mərhələlərinin püşkü atılacaq.

"Report"un məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

1/4 finalda İngiltərənin "Çelsi", "Liverpul" və "Mançester Siti", Almaniyanın "Bavariya" və "Borussiya" (Dortmund), Fransanın PSJ, İspaniyanın "Real Madrid" və Portuqaliyanın "Portu" klubları iştirak edəcək.

Bu, Avropanın ən nüfuzlu klub turnirində son püşkatma olacaq.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 6 - 7 apreldə, cavab qarşılaşmaları isə 13 - 14 apreldə gerçəkləşəcək. Yarımfinalın ilk görüşləri 27 - 28 apreldə, cavab qarşılaşmaları 4 - 5 mayda olacaq.

Son xəbərlər

Orphus sistemi