UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
"Report"un məlumatına görə, bu ada Niderland "Ayaks"ında çıxış edən Duşan Tadiç layiq görülüb.
32 yaşlı hücumçu evdə Danimarkanın "Midtüllan" komandasını 3:1 hesabı ilə məğlub etdikləri matçda iki məhsuldar ötürmə verib.