UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin son 4 cavab matçından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.
"Report"un məlumatına görə, bu ada azarkeşlər arasında aparılan səsverməyə əsasən, İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.
Xorvatiyalı oyunçu İtaliya "Atalanta"sına 3:1 hesabı ilə qalib gəldikləri matçda məhsuldar ötürmə ilə yadda qalıb və 94 faiz dəqiq ötürmə ilə oynayıb.