Slovakiyanın "Slovan" komandası Çempionlar Liqasının I təsnifat mərhələsində texniki məğlubiyyət aldığı üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, Bratislava təmsilçisi CAS-ın qərarı çıxana qədər turnirin II təsnifat mərhələsindəki “Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları) matçının təxirə salınmasını tələb edib.
UEFA hələ ki, məsələ ilə bağlı şərh verməyib.
Qeyd edək ki, Çempionlar Liqasının I təsnifat mərhələsindəki “Klaksvik” – “Slovan” matçı Slovakiya təmsilçisinin oyunçularının koronavirusa yoluxması səbəbindən iki dəfə təxirə salınıb. UEFA daha sonra "Slovan"a texniki məğlubiyyət verib.