Qadın futbolçular arasında Çempionlar Liqasında final oyunu keçirilib.
"Report"un məlumatına görə, İspaniyanın San-Sebastian şəhərindəki "Anoeta" stadionunda Almaniyanın "Volfsburq" və Fransanın "Lion" komandaları üz-üzə gəlib. Görüş "Lion"un qələbəsi ilə yekunlaşıb - 3:1.
"Şirlər"in qollarını Ejeni Le Sommer 25-ci, Saki Kumaqai 44-cü, Sara Byork Qunnarsdottir 88-ci dəqiqədə vurub. "Canavarlar"ın heyətində isə yeganə qola Aleksandra Popp imza atıb.
Beləliklə, "Lion" tarixində 8-ci, ardıcıl olaraq isə 5-ci dəfə Çempionlar Liqasının qalibi olub.
Qeyd edək ki, kişilər arasında analoji titula tarixində 6-cı dəfə Almaniya "Bavariya"sı sahib olub. "Bavariya" finalda Fransa təmsilçisi PSJ-ni məğlub edib - 1:0.