Çempionlar Liqasını ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçi qazandı

Çempionlar Liqasını ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçi qazandı UEFA Çempionlar Liqasında ardıcıl üçüncü mövsüm almaniyalı baş məşqçinin komandası qalib olub.
Futbol
30 May , 2021 01:36
Çempionlar Liqasını ardıcıl üçüncü dəfə almaniyalı baş məşqçi qazandı

UEFA Çempionlar Liqasında ardıcıl üçüncü mövsüm almaniyalı baş məşqçinin komandası qalib olub.

"Report"un məlumatına görə, Yurgen Klopp və Hans-Diter Flikin ardından Tomas Tuxel də Avropanın ən nüfuzlu klub turnirinin kubokuna yiyələnib.

Klopp 2018/2019 mövsümündə İngiltərə "Liverpul"una, Flik 2019/2020 mövsümündə Almaniya "Bavariya"sına, Tuxel isə bu mövsüm "Çelsi"yə bu titulu qazandırıb.

Tuxel "zadəganlar"a yanvarın 26-da Frenk Lempardın əvəzinə baş məşqçi təyin olunub. O, ötən mövsüm Fransa PSJ-sinin baş məşqçisi kimi finalda məhz Flikin "Bavariya"sına əlavə vaxtda eyni hesabla yenilib.

"Zadəganlar" finalda İngiltərənin digər təmsilçisi "Mançester Siti"ni 1:0 hesabı ilə yenərək, UEFA Superkubokunda İspaniya "Vilyarreal"ına rəqib olub. Bu qarşılaşma isə avqustun 11-də Türkiyənin İstanbul şəhərində keçirilməlidir.

Son xəbərlər

Orphus sistemi