Qarşıdakı mövsümdən UEFA Çempionlar Liqasının loqotipini dəyişəcək.
"Report"un "Footyheadlines" nəşrinə istinadən məlumatına görə, loqotipin təzə aqpreydi bu dəfə də kardinal yox, kiçik vizual yenilənməyə uğrayacaq. Dəyişikliklər bunlar olacaq:
- UEFA loqotipinin daha parlaq təsviri
- League (Liqa) sözünün miqyas alması
- "Champions League" (Çempionlar Liqası) yazısı şriftinin dəyişməsi (Xüsusən "p" və "e" sözləri seçilir")
- "R" hərfi formasında ticarət nişanı olan dairənin yerləşməsindəki dəyişiklik.
Loqotipin rəngli qammasının dəyişdirilməsi isə sual altındadır. UEFA bununla bağlı yekun qərarı hələ açıqlamayıb.
Qeyd edək ki, Çempionlar Liqasının loqotipi 1992-ci ildə yaradılıb. O vaxtdan emblemin konsepti minimal yenilənmələrə məruz qalıb. Dəyişikliklər xırda detallarda baş verir.