2024-cü ildən UEFA Millətlər Liqasında Cənubi Amerikanın 10 yığması iştirak edəcək.
"Report"un məlumatına görə, bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Zbiqnev Bonek ESPN-ə açıqlama verib.
O bildirib ki, Braziliya, Argentina, Kolumbiya, Uruqvay, Çili və Peru A Liqasında, Boliviya, Paraqvay, Venesuela və Ekvador isə B Liqasında mübarizə aparacaq.
Bütün qarşılaşmaların Avropada keçiriləcəyi gözlənilir.