Cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçuların adları açıqlanıb - SİYAHI

Cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçuların adları açıqlanıb - SİYAHI "FourFourTwo" jurnalı futbol tarixində cərimə zərbələrini ən yaxşı yerinə yetirən oyunçuların adlarını açıqlayıb.
Futbol
3 İyul , 2024 12:03
Cərimə zərbələrini ən yaxşı yerinə yetirən futbolçuların adları açıqlanıb - SİYAHI

"FourFourTwo" jurnalı futbol tarixində cərimə zərbələrini ən yaxşı yerinə yetirən oyunçuların adlarını açıqlayıb.

"Report" xəbər verir ki, 20 nəfərdən ibarət siyahıda birinci yerdə Juninyo Pernambukano qərarlaşıb.

Braziliyalı yarımmüdafiəçi karyerasını 2014-cü ildə başa vurub. O, "Sport Resife", "Vasko da Qama", "Lion", "Əl-Qarafa" və "Nyu York Red Bulls" klublarında çıxış edib. Juninyo peşəkar karyerasında cərimə zərbələrindən 77 qol vurub.

İlk "üçlük"də niderlandlı Ronald Kuman və serbiyalı Sinişa Mixayloviç də yer alıblar. “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messi beşinci, “Əl-Nəsr”in portuqaliyalı forvardı Kriştianu Ronaldu isə 19-cu pillədə qərarlaşıb.

Cərimə zərbələrini ən yaxşı yerinə yetirən 20 futbolçu:

1. Juninyo Pernambukano
2. Ronald Kuman
3. Sinişa Mixayloviç
4. Artur Ziko
5. Lionel Messi
6. Dieqo Maradona
7. Şunsuke Nakamura
8. Alessandro Del Pyero
9. Devid Bekhem
10. Ronaldinyo
11. Didi
12. Pele
13. Canfranko Zola
14. Roberto Bacco
15. Rojerio Seni
16. Pyer van Hoydonk
17. Andrea Pirlo
18. Xuan Aranqo
19. Kriştianu Ronaldu
20. Marselinyo Karioka

Son xəbərlər

Orphus sistemi