Çexiya yığmasının baş məşqçisi: Uğursuzluğun əsas səbəbi Gürcüstanı məğlub etməməyimiz idi

Çexiya yığmasının baş məşqçisi: Uğursuzluğun əsas səbəbi Gürcüstanı məğlub etməməyimiz idi Uğursuzluğun əsas səbəbi II turda Gürcüstanı məğlub etməməyimiz idi.
Futbol
27 İyun , 2024 02:50
Çexiya yığmasının baş məşqçisi: Uğursuzluğun əsas səbəbi Gürcüstanı məğlub etməməyimiz idi

Uğursuzluğun əsas səbəbi II turda Gürcüstanı məğlub etməməyimiz idi.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Çexiya yığmasının baş məşqçisi İvan Haşek Almaniyada təşkil olunan Avropa çempionatının III turu çərçivəsində Türkiyə millisi ilə görüşdən sonra mətbuat konfransında bildirib.

O, komandanın gələcək üçün potensialının olduğunu vurğulayıb: "Mübarizəni dayandırdığımız üçün məyus oldum. Çünki bu komandanın potensialı var. Biz bunu burada göstərmək istəyirdik".

Qeyd edək ki, Çexiya - Türkiyə matçı ikincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Türkiyə qrup ikincisi kimi növbəti mərhələyə yüksəlibsə, Çexiya sonuncu pillədə qalaraq mübarizəni dayandırıb.

Son xəbərlər

Orphus sistemi