İngiltərənin "Liverpul" klubu Avropa Super Liqasının tərkibindən çıxıb. "Report" xəbər verir ki, bu barədə "qırmızılar"ın mətbuat xidməti məlumat yayıb.
"Liverpul" Superliqadan çıxdığını bəyan edən ikinci komandadır. İlk belə klub "Mançester Siti" olub.
Qeyd edək ki, Avropa Super Liqasını aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real Madrid", “Barselona”, “Atletiko” (Madrid), İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları yaradıblar.