"DAK 1904"ün baş məşqçisi: "Zirə" bu gün çox sürətli və istəkli idi

"DAK 1904"ün baş məşqçisi: "Zirə" bu gün çox sürətli və istəkli idi "Zirə" bu gün çox sürətli və istəkli idi.
Futbol
25 İyul , 2024 22:50
DAK 1904ün baş məşqçisi: Zirə bu gün çox sürətli və istəkli idi

"Zirə" bu gün çox sürətli və istəkli idi.

"Report" xəbər verir ki, bunu "DAK 1904” (Slovakiya) klubunun baş məşqçisi Xisko Munyos UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

İspaniyalı mütəxəssis 0:4 hesablı məğlubiyyəti şərh edib:

"Oyunun bu hesabla bitməsi mənim səhvimdir. Yəqin ki, futboçlularıma öz fikirlərimi çatdıra bilməmişəm. Öz azarkeşlərimizdən üzr istəyirəm. Rəqib bu gün çox sürətli və istəkli idi. Mən pozitiv insanam. Bu məğlubiyyət bizə nəyisə öyrətdi. Çalışacağıq ki, qarşıdakı matçlarda buraxdığımız səhvləri təkrarlamayaq. Bunun üçün təhlillər aparmaq lazımdır".

X.Munyos cavab matçında sürpriz nəticənin qeydə alına biləcəyini söyləyib:

"Cavab matcında hər şey ola bilər. Ümidsiz yanaşmamalıyıq. Düşünürəm ki, daha yaxşısını etmək olar".

Qeyd edək ki, "DAK 1904" və "Zirə" komandaları arasında cavab görüşü 1 həftə sonra Slovakiyada baş tutacaq.

Son xəbərlər

Orphus sistemi