Daniel Subotiç: "Azərbaycandakı bəzi futbolçular "Bazel"dəkilərdən daha yaxşıdır"

Daniel Subotiç: "Azərbaycandakı bəzi futbolçular "Bazel"dəkilərdən daha yaxşıdır" "Azərbaycanda çox maraqlı təcrübə yaşadım. Kiçik Qəbələ şəhərində yaşayırdım və orada da oynayırdım. Bir ərzaq mağazası və beş ulduzlu otel var idi. Bu oteldə bütün əcnəbi futbolçularlar yaşayırdı. Ətrafdakı hər yer məşq meydançısı idi".
Futbol
16 Sentyabr , 2021 15:43
Daniel Subotiç: Azərbaycandakı bəzi futbolçular Bazeldəkilərdən daha yaxşıdır

"Azərbaycanda çox maraqlı təcrübə yaşadım. Kiçik Qəbələ şəhərində yaşayırdım və orada da oynayırdım. Bir ərzaq mağazası və beşulduzlu hotel var idi. Bu hoteldə bütün əcnəbi futbolçularlar yaşayırdı. Ətrafdakı hər yer məşq meydançası idi".

"Report"un məlumatına görə, bu fikirləri "Qəbələ" klubunun sabiq futbolçusu Daniel Subotiç "Bazonline" nəşrinə müsahibəsində deyib.

Hazırda klubsuz olan 32 yaşlı hücumçu "Azərbaycandan özünüzlə nə götürdünüz" sualını belə cavablandırıb: "Kiçik şeylərdən razı qala bilərəm. Üstəlik, bu ölkədə zəif cəhətlərim, fiziki görkəmim üzərində çox çalışdım. Hələ də bunlardan əl çəkməmişəm".

Subotiç Azərbaycan dilini öyrənmədiyini söyləyib: "Salam-sağ ol" sözləri artıq ağlıma gəlmir".

İsveçrəli oyunçu "Qarabağ"ın bu gün UEFA Konfrans Liqasında qarşılaşacağı "Bazel" haqqında da danışıb: "Bu oyunda "Bazel" üçün müəyyən maneələrin olması mümkündür. Qalan hər şey məni təəccübləndirə bilər. Azərbaycandakı futbolçular texniki cəhətdən çox yaxşıdır. Hətta "Bazel"in heyətindəki hər bir oyunçuya nəzərən fərdi baxımdan yaxşı olanları da var".

Qeyd edək ki, "Bazel"in yetirməsi olan Daniel Subotiç 2013-2014 və 2017-ci illərdə "Qəbələ"nin formasını geyinib. Bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi