Futbol üzrə Argentina millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Lionel Skaloninin baş məşqçi olduğu komanda Uruqvayın qonağı olub.
"Kampeon del Siqlo" stadionundakı qarşılaşma Argentinanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 7-ci dəqiqədə Anxel Di Mariya vurub.
Lionel Messi matça ehtiyat oyunçular skamyasında başlayıb və 76-cı dəqiqədə meydana daxil olub.
Argentina turnir cədvəlində 28 xalla ikinci, Uruqvay isə 16 xalla altıncı pillədə qərarlaşıb. İkiqat dünya çempionları noyabrın 17-də Braziliyanı qəbul edəcək, Uruqvay isə Boliviyanın qonağı olacaq.