2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin XII turunun matçında Argentina yığması Peru millisini qəbul edib.
“Report” xəbər verir ki, Buenos-Ayresin “Monumental Antonio Vespucci Liberty” stadionunda keçirilən görüş Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda yeganə qolu 43-cü dəqiqədə Lautaro Martines vurub.
Argentina yığması bu qələbədən sonra 22 xal toplayaraq yarış cədvəlində ikinci yerdə qalıb. Komanda DÇ-2022-nin indiki seçmə mərhələsində uduzmayıb. Yığma lider Braziliya seçməsindən 4 xal geri qalır.
Peru seçməsi 11 xalla turnir cədvəlində səkkizinci yerdədir.
Qeyd edək ki, noyabrda Argentina DÇ-2022-nin seçmə mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Yığma noyabrın 11-də Uruqvayla, noyabrın 16-da isə Braziliya seçməsi ilə qarşılaşacaq.