2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə 5 qrupda 13 qarşılaşma baş tutub.
A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edib və 0:3 hesabı ilə uduzub. Qrupun digər matçında Serbiya səfərdə İrlandiyanın müqavimətini qıra bilməyib - 1:1.
Son dünya çempionu Fransa Finlandiyaya qalib gəlib - 2:0. D qrupunda digər matçında Bosniya və Herseqovina evdə Qazaxıstanla bacarmayıb.
G qrupunda mübarizə aparan Türkiyə seçməsi isə səfərdə Niderlanda 1:6 hesabı ilə uduzub.
DÇ-2022, seçmə mərhələ
VI tur
4 sentyabr
A qrupu
20:00. Azərbaycan - Portuqaliya - 0:3
22:45. İrlandiya - Serbiya - 1:1
Xal durumu:Portuqaliya - 13, Serbiya - 11, Lüksemburq - 6 (4 oyuna), İrlandiya - 2, Azərbaycan - 1
D qrupu
22:45. Bosniya və Herseqovina - Qazaxıstan - 2:2
22:45. Fransa - Finlandiya - 2:0
Xal durumu: Fransa - 12 (6 oyuna), Ukrayna - 5 (5), Finlandiya - 5 (4), Bosniya və Herseqovina - 3 (4), Qazaxıstan - 3 (5)
F qrupu
22:45. Danimarka - İsrail - 5:0
22:45. Avstriya - Şotlandiya - 0:1
22:45. Farer adaları - Moldova - 2:1
Xal durumu: Danimarka - 18, Şotlandiya - 11, İsrail - 10, Avstriya - 7, Farer adaları - 4, Moldova - 1
G qrupu
22:45. Monteneqro - Latviya - 0:0
22:45. Norveç - Cəbəllütariq - 5:1
22:45. Niderland - Türkiyə - 6:1
Xal durumu: Niderland - 13, Norveç - 13, Türkiyə - 11, Monteneqro - 8, Latviya - 5, Cəbəllütariq - 0
H qrupu
22:45. Rusiya - Malta - 2:0
22:45. Slovakiya - Kipr - 2:0
22:45. Xorvatiya - Sloveniya - 3:0
Xal durumu: Xorvatiya - 13, Rusiya - 13, Slovakiya - 9, Sloveniya - 7, Malta - 4, Kipr - 4
Yoldaşlıq görüşü
22:45. Lüksemburq - Qətər - 1:1