Almaniyanın "Ertsgebirge" klubu baş məşqçisi Aleksey Şpilevski ilə yollarını ayırıb.
"Report" Aue təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı belaruslu mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.
"Ertsgebirge" cari mövsüm II Bundesliqada 7 oyuna 3 xal toplayıb və sonuncu - 18-ci pillədə qərarlaşıb. Komandada Azərbaycan millisində oynamış Dmitri Nazarov da çıxış edir.
Qeyd edək ki, Aleksey Şpilevski "Ertsgebirge"yə iyunda baş məşqçi təyin olunub.