Futbol üzrə Almaniya Kubokunda 2020/2021 mövsümünün 1/32 final mərhələsinin püşkü atılıb.
"Report"un məlumatına görə, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" klubunun da rəqibi müəyyənləşib.
Aue təmsilçisi ilkin mərhələdə regional liqa klubu "Vürttemberq"lə qarşılaşacaq. Bu mərhələdə diqqət çəkən digər qarşılaşma isə Rur derbisi olacaq. Amma püşk Dortmund "Borussiya"sı ilə "Şalke"ni yox, həmin bölgədəki digər komanda olan "Duysburq"u üz-üzə qoyub.
1/32 finalın oyunları 11 - 14 sentyabrda keçiriləcək.