İdman Arbitraj Məhkəməsi (CAS) Niderlandın "Ayaks" klubunun qapıçı Andre Onana ilə bağlı apelyasiya şikayətini qismən təmin edib.
"Report" CAS-ın rəsmi saytına istinadən xəbər verir ki, dopinqə görə 1 illik diskvalifikasiya olunmuş kamerunlu qolkiperin cəza müddəti 9 aya endirilib.
Daha əvvəl Amsterdam təmsilçisi 25 yaşlı oyunçunun müqaviləsini 2024-cü ilin iyulunadək uzatmışdı.
Qeyd edək ki, fevralın 5-də Andre Onananın qanında qadağan olunmuş furosemid maddəsi aşkarlanıb.