Latviyada büzüstü xokkey üzrə dünya çempionatı azarkeşsiz keçiriləcək.
"Report"un məlumatına görə, bu barədə Latviyanın baş naziri Krişyanis Karinş məlumat verib.
O, mundialın epidemioloji cəhətdən təhlükəsiz olacağını bildirib: "Oyunçular və digər insanlar cəmiyyətin qalan hissəsindən tamamilə ayrılacaq".
Beynəlxalq Buzüstü Xokkey Federasiyası fevralın 2-də yarışın bütün oyunlarının Latviyada olacağını açıqlayıb. Dünya çempionatının daha əvvəl Latviya ilə yanaşı, Belarusun paytaxtı Minskdə də keçirilməsi planlaşdırılmışdı.
Qeyd edək ki, dünya çempionatının 21 may - 6 iyunda keçirilməsi nəzərdə tutulur.