Dünya çempionu yaddaşını itirdi

Dünya çempionu yaddaşını itirdi İngiltərə millisinin sabiq futbolçusu Bobbi Çarltona demensiya diaqnozu qoyulub.
Futbol
2 Noyabr , 2020 10:39
Dünya çempionu yaddaşını itirdi
Bobbi Çarlton
0 : 00
0 : 00

İngiltərə millisinin sabiq futbolçusu Bobbi Çarltona demensiya diaqnozu qoyulub.

"Report"un məlumatına görə, bu barədə "The Telegraph" nəşrinə açıqlamasında veteran yarımmüdafiəçinin həyat yoldaşı Norma Çarlton deyib. O, ərinin yaddaşını itirdiyini bildirib.

"Mançester Yunayted" rəsmi saytı vasitəsilə 83 yaşlı keçmiş oyunçusuna dəstək verib.

Qeyd edək ki, 1966-cı ildə İngiltərə millisinin heyətində dünya çempionu olmuş Bobbi Çarlton ölkənin ən yaxşı futbolçularından biri hesab olunur. Əfsanəvi oyunçu həmin il "Qızıl top" mükafatına layiq görülüb. O, dünyanın ən yaxşı hücumameyyli yarımmüdafiəçisi adına da namizəd göstərilib.

Son xəbərlər

Orphus sistemi