Yaponiyanın "Yokohama" futbol komandasının hücumçusu Kasuyoşi Miura 2005-ci ildən formasını geyindiyi komandası ilə müqaviləni yeniləyib.
“Report” xəbər verir ki, bu barədə
Bildirilir ki, 54 yaşlı futbolçu bir illik icarəyə götürüldüyü, dördüncü divizionda çıxış edən “Suzuka Poynt Qetters” klubunda çıxış edəcək.
Miura 2020-ci ilin sentyabrında “Kavasaki Frontale” ilə oyuna girib və peşəkar futbol matçının ən yaşlı iştirakçısı olub. Miura beş onillikdə - 35 mövsümdə oynamış yeganə peşəkar futbolçudur.
Miura Alaqoas (1987), Paranaense (1989), Yaponiya Futbol Liqasının Birinci Divizionunun çempionu (1990/91, 1991/92) və digər turnirlərin çempionu olub.