Əfqanıstanın qadın futbol yığması ölkədən qaçıb

Əfqanıstanın qadın futbol yığması ölkədən qaçıb Qadın futbolçulardan ibarət Əfqanıstan millisi ölkədən qaçıb
Futbol
15 Sentyabr , 2021 15:29
Əfqanıstanın qadın futbol yığması ölkədən qaçıb

Qadın futbolçulardan ibarət Əfqanıstan millisi ölkədən qaçıb.

"Report" xəbər verir ki, bu barədə Pakistanın İnformasiya naziri Favad Çaudri "Daily Sabah"a açıqlamasında bildirib.

O, idmançıların Əfqanıstan - Pakistan sərhədindəki "Torham" keçid məntəqəsində olduqlarını bildirib. Çaudri oyunçuların Pakistan Futbol Federasiyası tərəfindən qəbul edildiklərini də sözlərinə əlavə edib.

Qeyd edək ki, daha əvvəl Avstraliya "Taliban"ın hakimiyyəti ələ keçirməsindən sonra Əfqanıstandakı bir neçə futbolçunu təxliyə edib.

Son xəbərlər

Orphus sistemi