"İbrahima Vadji üçün "Qarabağ"dan bizi qane edən təklif aldıq".
"Report"un məlumatına görə, bunu Norveçin "Haugesund" klubunun meneceri Eyrik Opedal seneqallı futbolçu İbrahima Vadjinin "Qarabağ"a transferi ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.
O, təklif yaxşı olduğu üçün 26 yaşlı hücumçunun getməsinə icazə verdiklərini bildirib: "Ona bu fürsəti verməyi düzgün qərar hesab edirik. Hücum xəttimiz yaxşı təchiz olunub. Vadjini əvəz edəcək oyunçularımız var".
Qeyd edək ki, "Qarabağ" İbrahima Vadji ilə 3 illik müqavilə imzalayıb. Afrikalı oyunçu Ağdam təmsilçisində 25 nömrəli formanı geyinəcək.