Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinə təyinat alıb.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi IV turda keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaqlar.
Görüş noyabrın 5-də, Bakı vaxtı ilə saat 00:00-da Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək.