Əliyar Ağayev indiyədək idarə etdiyi ən çətin oyunu açıqlayıb

Əliyar Ağayev indiyədək idarə etdiyi ən çətin oyunu açıqlayıb Azərbaycanlı FIFA referisi Əliyar Ağayev indiyədək ən çətin idarə etdiyi oyunu açıqlayıb.
Futbol
17 Oktyabr , 2024 16:30
Əliyar Ağayev indiyədək idarə etdiyi ən çətin oyunu açıqlayıb
Əliyar Ağayev

Azərbaycanlı FIFA referisi Əliyar Ağayev indiyədək idarə etdiyi ən çətin oyunu açıqlayıb.

Bu barədə hakim özü “Report”a müsahibəsində deyib.

O, ən çətin sınağının UEFA Avropa Liqasının “Sürix” - “Bayer 04” matçı olduğunu bildirib:

"Bəzən ideal komandaların oyununun çətin olduğunu düşünürlər. Lakin bir çox hallarda turnir cədvəlinin sonunda qərarlaşan komandaların oyununun daha çətin olduğunu görürük. Elitanı kimsə tərk edəcəksə, o komandanın matçını idarə etmək çətin olur. Avropada mənim üçün indiyədək ən çətin görüş “Sürix” (İsveçrə) - “Bayer 04” (Almaniya) matçı olub. Təkcə mən deyil, bütün briqada üçün belə alınıb. O vaxt “altılıq” sistemi var idi, qapının arxasında duran hakimlər də olurdu. Həmin oyunda hər köməkçi hakimin üzərinə müəyyən yük düşmüşdü".

Qeyd edək ki, sözügedən qarşılaşma 3:2 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı.

Əliyar Ağayevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi