Azərbaycanın FIFA referisi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinat alıb - EKSKLÜZİV

Azərbaycanın FIFA referisi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinat alıb - EKSKLÜZİV Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaq
Futbol
19 Fevral , 2024 16:33
Azərbaycanın FIFA referisi Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununa təyinat alıb - EKSKLÜZİV

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan təyinat alıb.

"Report"un əldə etdiyi məlumata görə, 36 yaşlı hakim Bolqarıstanda yerli “Ludoqorets” və İsveçrənin “Servett” komandaları arasında keçiriləcək Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli yardımçı olacaqlar.

Qeyd edək ki, fevralın 22-də gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də start götürəcək. İsveçrədəki ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi