“Oyunun gərgin keçəcəyini bilirdik, “Sumqayıt” bizə çətin anlar yaşatdı".
"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra deyib.
42 yaşlı mütəxəssis rəqibin yaxşı futbolçulardan ibarət kollektiv olduğunu bildirib: "Hesab heç kimi aldatmasın. Bu gün komandamın yanaşmasından razı qaldım. Daha yaxşı və məzmunlu oyun sərgiləyəcəyimizə inanıram".
Baxşıyev XVIII turda "Qarabağ"a qarşı keçirəcəkləri görüş barədə də danışıb: "Hələlik bu barədə düşünmürük. Rəqibin gücü hamıya bəllidir. Çempionatımızın ən iddialı komandalarından biridir. Qarşıdakı günlərdə bütün diqqətimizi həmin matça yönəldəcəyik. İnanıram ki, “Qarabağ”a qarşı da yaxşı çıxış edəcəyik".