"AFFA-nın “GROW-2020 İnkişaf strategiyası”na uyğun olaraq, Premyer Liqada komandaların sayı 10-a çatdırılmalı idi".
"Report"un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov milli assosiasiyanın rəsmi saytına müsahibəsində deyib.
Funksioner bildirib ki, pandemiya ilə əlaqədar bu məsələnin həllini tapması bir qədər yubanıb: "İlin sonuna qədər AFFA-nın yeni strategiyası ictimaiyyətə təqdim olunacaq və orada bütün bu məsələlər öz əksini tapıb".
Məmmədovun sözlərinə görə, futbolun inkişafı üçün bəzi vacib və müsbət addımlar artıq atılıb: "Təbii ki, problemlərimiz mövcuddur və futbol elə idman növüdür ki, problemlər hər zaman olacaq. Amma yenə də irəli getmək üçün birlikdə addımlamalıyıq. Bu isə təkcə AFFA-nın, klubların öhdəliyi deyil, həm də digər qurumların, iş adamlarının da sosial məsuliyyətidir".