"Oyunun çox çətin keçəcəyini gözləyirdik. Bunu öncədən də söyləmişdim".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov evdə Serbiyaya 1:2 hesabı ilə uduzduqları dünya çempionatının seçmə oyunundan sonra deyib.
Təcrübəli yarımmüdafiəçi bildirib ki, komandası konsentrasiyanı itirən kimi rəqib qollar vurub: "İki dəfə çatdırmadıq, qonaqlar dərhal da imkanlarından istifadə etdilər. Çalışıb-vuruşsaq da, qolumuz az oldu. Rəqibin keyfiyyətləri üzə çıxdı. Biz isə azsaylı şanslarımızdan faydalana bilmədik. Halbuki hər bir qol epizodundan faydalanmaq lazımdır".
Komandasının yeganə qolunu vuran Mahmudov istədiyi qədər sevinə bilmədiyini vurğulayıb: "Qol vurduğum üçün şadam. Amma qalib gəlsəydik, daha çox sevinərdim".