"Üç gündən bir oyun keçirmək asan deyil".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov səfərdə İrlandiyaya qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
29 yaşlı yarımmüdafiəçi meydana yaxşı nəticə üçün çıxacaqlarını bildirib: "Hazırda əsas fikrimiz məhz qarşıdakı oyundadır".
Qeyd edək ki, sentyabrın 4-də Dublindəki "Avivo" stadionunda keçiriləcək İrlandiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.