Emre Belözoğlu: "Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı"

Emre Belözoğlu: "Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı" "Ümid edirəm ki, tezlikdə Qarabağ erməni işğalından azad olacaq. Orada futbol oynamaq bizim üçün böyük xoşbəxtlik olardı. Azərbaycan xalqının dualarına ehtiyacım var"
Futbol
31 Oktyabr , 2020 09:45
Emre Belözoğlu: Qarabağda oynamaq bizim üçün böyük xoşbəxtlik olardı
Emre Belözoğlu

"Bizim üçün Türkiyə Azərbaycandır, Azərbaycan isə Türkiyə. Kədəri də, sevinci də paylaşırıq. Hər zaman dualarımız və dəstəyimizlə Azərbaycanın yanındayıq".

"Report"un məlumatına görə, bunu Türkiyənin "Fənərbağça" klubunun idman direktoru Emre Belözoğlu "CBC Sport" telekanalında yayımlanan "Türkiyədən futbol" verilişinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsi barədə danışarkən deyib.

Veteran futbolçu bildirib ki, Qarabağ işğaldan azad olunduqdan sonra orada oyun keçirmək istəyirlər: "Ümid edirəm ki, tezliklə Qarabağ erməni işğalından azad olacaq. Orada futbol oynamaq bizim üçün böyük xoşbəxtlik olardı".

Klubun seleksiya qrupunda Azərbaycan futbolunu izləyən nümayəndələri olduğunu bildirən Belözoğlu ona hesabatların göndərildiyini deyib: "Fənərbağça"da yeni vəzifəyə təyin olundum. Burada ən yaxşısını etmək üçün mübarizə aparacağam. Azərbaycan xalqının dualarına ehtiyacım var. Bizim qan bağlılığımız olduğu üçün hər zaman gözümüz orada olacaq".

Qeyd edək ki, Emre Belözoğlu 2019/2020 mövsümünün sonunda futbolçu karyerasını başa vurub.

Son xəbərlər

Orphus sistemi