Avropa Peşəkar Futbol Liqaları (EPFL) Rusiya Premyer Liqasını üzvlükdən çıxarıb.
"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, EPFL-in İdarə Heyətinin qərarına əsasən bu, əsas çempionatla yanaşı Milli Futbol Liqasına da şamil olunub.
Qeyd edək ki, FIFA və UEFA fevralın 28-də Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən beynəlxalq turnirlərdən kənarlaşdırıb. Rusiya Futbol İttifaqı məsələ ilə bağlı İdman Arbitraj Məhkəməsinə müraciət edib.