"Bu matçda düzgün oynadıq. Çox yaxşı çıxış etdiyimizi düşünmürəm".
"Report"un məlumatına görə, bu fikirləri Türkiyənin "Sivasspor" klubunun futbolçusu Erdoğan Yeşilyurt Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.
26 yaşlı yarımmüdafiəçi görüş ərzində yaxşı müdafiə olunduqlarını söyləyib: "Əks-hücumlarda iki qol vura bildik. Qarşıda daha 3 oyunumuz var. Çətin olacağını bilirik, amma əlimizdən gələni edib qrupdan çıxmaq istəyirik".
Türkiyə təmsilçisinin digər futbolçusu Robin Yalçın vacib görüşdə qələbə qazandıqlarını vurğulayıb: "Mənim üçün hansı mövqedə oynamağımın fərqi yoxdur. Hər zaman ən yaxşısını etmək istəyirəm. Sabah qapıçı da ola bilərəm. O mövqedə də əlimdən gələni edərəm. Önəmli olan komanda şəklində yaxşı çıxış edə bilməkdir".