Eriksen ürəktutmasından sonra Danimarka yığmasındakı ilk matçında qol vurub

Eriksen ürəktutmasından sonra Danimarka yığmasındakı ilk matçında qol vurub Danimarka millisinin futbolçusu Kristian Eriksen yaşıl meydanlara qayıdışından sonra ilk qolunu vurub.
Futbol
27 Mart , 2022 09:27
Eriksen ürəktutmasından sonra Danimarka yığmasındakı ilk matçında qol vurub

Danimarka millisinin futbolçusu Kristian Eriksen yaşıl meydanlara qayıdışından sonra ilk qolunu vurub.

"Report"un məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi səfərdə Niderlanda 2:4 hesabı ilə uduzduqları yoldaşlıq görüşünün 47-ci dəqiqəsində fərqlənib.

Qarşılaşma Amsterdamdakı "Yohan Kroyf Arena"da oynanılıb. Eriksenin peşəkar futbolçu kimi ilk klubu ev oyunlarını bu stadionda keçirən "Ayaks" olub.

Oyundan sonra verdiyi açıqlamada o, Niderlandda özünü arzulanan qonaq kimi hiss etdiyini bildirib: "Əvvəllər burada çox oynamışam. Buna görə də azarkeşlər məni tanıyırlar. Bu gün çox isti qarşılandım. Xoş haldır ki, top mənə gəldi və hücumu qolla tamamlaya bildim. Beynəlxalq futbola belə qayıdış mənim üçün idealdır. Qətərdəki dünya çempionatında oynamaq imkanımı səbirsizliklə gözləyirəm. Amma irəlidə çoxlu matç var və mən onlara köklənmişəm".

Eriksen 12 iyun 2021-ci ildə Finlandiyaya qarşı Avropa çempionatının oyunu zamanı infarkt keçirib. Huşunu itirərək, yerə yıxılan futbolçunu həyata qaytarmaq üçün həkimlər 9 dəqiqə səy göstəriblər. Onun ürəyinə kordioverter-defibrillyator qoyulub. Belə vəziyyətdə İtaliyada oynamaq qadağan edildiyindən, "İnter" Eriksenlə müqaviləni pozmalı olub. Danimarkalı oyunçu qışda İngiltərə "Brentford"u ilə anlaşıb.

Son xəbərlər

Orphus sistemi