Erlinq Holann 4 tur ərzində Premyer Liqa komandalarından daha çox qol vurub

Erlinq Holann 4 tur ərzində Premyer Liqa komandalarından daha çox qol vurub İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Premyer Liqada geridə qalan 4 tur ərzində digər komandalardan daha çox qol vurub.
Futbol
21 Sentyabr , 2024 12:23
Erlinq Holann 4 tur ərzində Premyer Liqa komandalarından daha çox qol vurub

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann Premyer Liqanın 2024/2025 mövsümündə geridə qalan 4 tur ərzində digər komandalardan daha çox qol vurub.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı norveçli futbolçu hazırda 9 qolla bombardirlər siyahısına rəhbərlik edir.

Onun komandasının hesabında 11 qol var. Cari mövsümdə Mançester təmsilçisindən sonra ən çox qol vuran komanda "Çelsi"dir (8). Bu da o anlama gəlir ki, Norveç millisinin üzvü digər Premyer Liqa klublarını qol baxımından üstələyib.

Qeyd edək ki, "Mançester Siti" komandası hazırda 12 xalla turnir cədvəlinin lideridir.

Son xəbərlər

Orphus sistemi