Almaniyanın "Borussiya" (Dortmund) komandasında çıxış edən Erlinq Holann İngiltərənin "Mançester Siti" klubuna keçə bilər.
"Report" "Bild" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" 22 yaşlı hücumçu uğrunda mübarizədə İspaniya təmsilçiləri "Real Madrid" və "Barselona"nı qabaqlayır.
Madridlilər norveçli forvardı yalnız 2023-cü ilin yayında almağa hazırdır, lakin Holann mövsümün sonunda Almaniya klubunu tərk etmək niyyətindədir. "Mançester Siti" isə bu il oyunçunu transfer edə bilər.
Qeyd edək ki, Erlinq Holann cari mövsüm "Borussiya"nın heyətində 20 matça çıxıb, 23 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.