Valeri Oqanesyan Rusiyanın "Tambov" klubunu tərk edib.
"Report" "Sport-Ekspress" nəşrinə istinadən xəbər verir ki, erməni əsilli funksioner klubun prezidenti ola bilməyib.
Halbuki daha əvvəl tərəflər arasında bununla bağlı şifahi razılıq əldə edilmişdi.
Yanvarın 16-da "Tambov"un rəsmi saytında Oqanesyanın klub prezidenti vəzifəsinə təyinatı açıqlansa da, məlumat sonradan silinib.
Qeyd edək ki, Premyer Liqada çıxış edən "Tambov" hazırda 13 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb. Son vaxtlar yerli mətbuatda klubun müflis olması və çempionatda iştirakını dayandıracağı ilə bağlı xəbərlər dolaşır.