Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb.
"Report" xəbər verir ki, Həsənov 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan - Monteneqro matçında baş hakim olacaq.
FIFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov köməklik göstərəcək, dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor isə ermənistanlı Gevorg Hovhannisyan olacaq.
Qarşılaşma sentyabrın 3-də gerçəkləşəcək.
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev isə Şimali Makedoniya və İspaniyanın U-21 komandalarının matçında iş başında olacaq. Həmin oyun da eyni gündə keçiriləcək.