Estoniya yığmasının futbolçusu: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik"

Estoniya yığmasının futbolçusu: "Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik" "Sabahkı görüşdə mütləq qələbə qazanmaq istəyirik".
Futbol
10 Oktyabr , 2024 12:24
Estoniya yığmasının futbolçusu: Azərbaycan millisi ilə oyunda qələbə qazanmaq istəyirik

Sabahkı görüşdə qələbə qazanmaq istəyirik.

"Report" xəbər verir ki, bunu Estoniya millisinin futbolçusu Mattias Kayt Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunun matçından əvvəl mətbuat konfransında deyib.

O, azarkeşlərin də bu oyunda qalibiyyətə ümid etdiyini bildirib:

"Qələbə İsveçlə növbəti görüşdə bizə yaxşı motovasiya verər".

Oyunçu ötən il doğma meydanda millimizə 0:2 hesabı ilə uduzduqları qarşılaşmanı xatırlayıb:

"Həmin vaxt o qədər də yaxşı çıxış etməmişdik. Bunu dəyişib bu dəfə üç xal əldə etməliyik".

Qeyd edək ki, Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi