"Qələbə seriyamızı davam etdirmək istəyirik".
"Report"un məlumatına görə, bunu "Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Super Liqasının II turunda "Başakşehir"ə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra mətbuat konfransında deyib.
UEFA Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" (Split) komandası ilə keçirəcəkləri matç barədə danışan 67 yaşlı mütəxəssis qarşılaşmaya ciddi yanaşdıqlarını bildirib: "Hazırda qarşıda duran ən vacib oyun budur. "Neftçi"dən daha yaxşı komandaya qarşı oynayacağıq. Diqqətli olmalıyıq. Bu rəqibi keçək, sonra "Fənərbağça" ilə matçı düşünərik".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda baş tutmuş görüşdə "Neftçi"ni 3:1 hesabı ilə məğlub edən "Qalatasaray" Avropa Liqasının III təsnifat mərhələsinə yüksəlib. İstanbul təmsilçisi "Hayduk"la sentyabrın 24-də "Türk Telekom Arena"da üz-üzə gələcək.